ABŞ-ın Ostin şəhərində 14 nəfəri yaralayan şübhəli şəxs saxlanılıb

ABŞ-ın Ostin şəhərində 14 nəfəri yaralayan şübhəli şəxs saxlanılıb

ABŞ-ın Ostin şəhərində (Texas ştatı) polis 14 nəfərin yaralandığı atışmada şübhəli bilinən şəxsi saxlayıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polis idarəsinin saytında yayımlanan açıqlamada bildirilir.

"Bir şübhəli bilinən şəxs saxlanılıb. İkincisi hələ də azadlıqdadır", - delə məlumatda bildirilir.

Daha əvvəl şəhər rəhbərliyi baş verən atışma nəticəsində 14 nəfərin yaralandığını bildirib. Hadisəni törədilməsinin motivləri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə