Böyük bir küçə ziyafəti PARİSDƏ POLİS TƏRƏFİNDƏN DAĞIDILDI

Polis Parisin mərkəzində sanitariya normaları və komendant saatı pozularaq keçirilən geniş miqyaslı bir ziyafəti dağıdıb. SİA xəbər verir ki, bu barədə BFMTV televiziya kanalı məlumat yayıb.

Kanalın yaydığı məlumata görə, əyləncə ziyafəti Parisdəki Les Invalides (Əlillər evi) qarşısında açıq bir məkanda baş tutub. Toplananlar maskasız olub və sosial məsafəni gözləməyiblər. Tədbirin təşkilatçıları sosial şəbəkələr vasitəsilə hamını toplanmağa çağırıblar.

Qeyd olunur ki, izdihamı dayandırmaq üçün polis müdaxilə edib. Eyni zamanda, telekanala görə, tamaşaçıların dağıdılmasına çalışan polis xüsusi təyinatlılarına tərəf ziyafət iştirakçıları əllərində olan əşyaları, əsasən pivə şüşələrini atıblar və hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər.

Xatırladaq ki, epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, Fransa hakimiyyəti hələ də qapanmanı təmin edir və küçələrdə maskalar taxmağı da ləğv etməyib. Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, küçələrdə maskalar ən azı ayın sonuna kimi taxılmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə