Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb

Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb

Meksikanın Çyapas ştatında avtobus qəzasında ən azı 23 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə fövqəladə hallar üzrə regional idarəsində bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitəsi Emiliano-Sapata bələdiyyəsi yaxınlığında dərəyə aşıb.

Hakimiyyət orqanları vəziyyəti ağır olaraq qiymətləndirilən yaralıları təxliyyə etmək üçün helikopterləri cəlb ediblər. İlkin məlumata görə, qəzaya səbəb avtobusun nasaz olması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə