Zelenski - Bayden görüşü iyulun sonlarına planlaşdırılır

Zelenski - Bayden görüşü iyulun sonlarına planlaşdırılır

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və ölkə lideri Co Bayden ilə görüşünün keçirilməsi iyulun sonuna planlaşdırılır.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba "Ukrayna-24" telekanalının efirində bildrib.

Nazir qeyd edib: "Ukrayna prezidentinin ABŞ-a rəsmi səfəri iyul ayının sonlarına planlaşdırılır".

Diplomatın sözlərinə görə, səfər zamanı C.Baydenlə danışıqlar və bir sıra digər vacib görüşlər nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə