G7 sammitinə nəzarət edən polislərdən birinin koronavirus testi müsbət çıxıb
Bu gün Britaniyanın Kornval bölgəsində başlayan G7 sammitinə nəzarət edən polislərdən birinin koronavirus testi müsbət çıxıb.
SİA-nın "itv.com" saytına istinadən verdiyi xəbərə görə, bundan sonra onunla yaxın təmasda olan digər 11 polis əməkdaşı da tədbirdən uzaqlaşdırılıb.
Qeyd edək ki, “Böyük Yeddilər”in zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB