Bu günlərə Avropa Siyasi Araşdırmaları Mərkəzinin rəhbəri Stiven Blokmans Qərblə Rusiya arasındakı münasibətləri və Avropa Birliyi daxilində yaşanan gərginliyi şərh edib. Maraqlıdır ki, bugünkü Rusiya hakimiyyətini avtokratiya, yəni nəzarətsiz və qeyri-məhdud tamhakimiyyətlilik forması adlandıran avropalı siyasətçi, bununla yanaşı, Kremli Avropa Birliyini parçalamaqda ittiham edir.
...Blokmansa görə, vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin korrupsiyalaşmış Sankt-Peterburq mühitindən Kreml dairələrinə qədər yüksələn Vladimir Putin hakimiyyətə gəldiyi andan etibarən ölkədə xüsusi xidmət orqanlarının siyasi sisteminə və iqtisadiyyata təzyiqi artırmağa başlayır. Beləliklə, o, həm özünün, həm də onunla həmfikir olanların mənafeyinə xidmət edərək mövcud sistemin uzunömürlülüyünü təmin edib uzatmaq üçün şaquli bir polis dövləti yaratmağa başlayıb.
Avropalı siyasətçiyə görə, bu gün Rusiyanın, dəqiq desək, onun rəhbərinin həm xaricdə, həm də ölkə daxilində olan bütün rəqiblərini əzmək məcburiyyətində qalması sizlərə elə də təəccüblü görünməməlidir. Çünki bütün bunlar rus hakiminin öz hakimiyyətinin qorunub ömrünün uzadılmasına hesablanıb.
Burada mərkəz rəhbərinin maraqlı fikirlərindən biri də, Avropa Birliyinin Kremldəki iş rejiminin əks qütbündə dayandığını bildirib, amma təşkilatın avtokratik və kleptokratik rejimlərə qarşı mübarizə aparmaq üçün lazımi təchizata malik olmamasını etiraf etməsidir. Maraqlıdır ki, bunun elə də asan olmadığına diqqət çəkən Blokmans, amma buna baxmayaraq, birliyin yenə də bunun öhdəsindən gələ bilmək ehtimalını istisna etmir.
Bu gün müasir dünyanın demokratik ölkələrini avtokratlara qarşı qoyan geosiyasi bir uçurumu bölüşdüyünü deyən avropalı siyasətçiyə görə, Baydenin Ağ Evə gəlişindən sonra bunun daha aydın sezildiyini də etiraf edir. Onun fikrincə, bu qarşıdurma getdikcə daha da kəskinləşə bilər.
Qeyd edilməlidir ki, burada Avropa Birliyinə üzv olan 28 dövlətin də Rusiyaya qarşı olan fərqli geopolitik və geoiqtisadi münasibətləri nəzərdən qaçmamalıdır. Rusiyanın məhz bu fərqli münasibətlərdən istifadə edərək üzv ölkələrin maraqları ilə oynayıb onları bir-birinə qarşı qoymağa çalışdığını istisna etməyən Blokmans, bütün bunların Rusiyanın Avropa Birliyini parçalamağa hesablandığını düşünür.
Qeyd edək ki, məsələyə məhz bu aspektdən yanaşan avropalı siyasətçiyə görə, yaxın gələcəkdə Qərblə Rusiya arasındakı münasibətlərin düzələcəyi elə də inandırıcı görünmür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB