Türkiyədə son sutkada yeni növ koronavirusdan 96 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan 96 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 96 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 524 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 408 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 313 098 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 6895 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5186728 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə