"Facebook" ilk ağıllı saatını təqdim etməyə - HAZIRLAŞIR

Sosial media nəhəngi “Facebook” uzun müddət üzərində çalışdığı ağıllı saat texnologiyasını gələn yay tamamlamağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Facebook”un ilk ağıllı saatının iki kameraya sahib olması gözlənilir.

400 dollara satılacaq

Sosial media nəhəngi tərəfindən hazırlanan saatın ekranı və bir smartfon kimi foto və video çəkmək üçün bir-birindən ayrılan iki kamerası olacaq və çəkilən şəkillər daha sonra “Facebook” və “İnstagram”da, həmçinin şirkətə məxsus digər tətbiqetmələrdə paylaşıla bilər. "Facebook" işçiləri saatın təxminən 400 dollara başa gələ biləcəyini, lakin bu qiymət etiketinin dəyişə biləcəyini söyləyiblər.

“Facebook”un 2019-cu ildən bəri ağıllı saatı inkişaf etdirməyə təxminən 1 milyard dollar xərclədiyini söyləyib.

“Facebook”un ağıllı saatı üç rəngdə olacaq: ağ, qara və qızıl. “Facebook”un ağıllı saatının sonrakı versiyalarında şirkətin gələcək AR ağıllı eynəkləri ilə də sinxronlaşa biləcəyi bildirilir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə