Hindistanda Covid-19 səbəbindən - REKORD ÖLÜM

Hindistanda Covid-19 səbəbindən - REKORD ÖLÜM

Koronavirus epidemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olan Hindistanda rekord sayda ölüm qeydə alınıb. Beləki, son 24 saat ərzində virus səbəbindən 6 min 148 nəfər ölüb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, epidemiyanın başlanğıcından bəri Covid-19 səbəbindən gündəlik ən yüksək ölüm sayı dünya səviyyəsində Hindistanda qeydə alınıb. İnsan itkisi ilə bağlı məlumatların yenilənməsindən sonra qəfil artım ölkənin ən kasıb əyalətlərindən biri olan Biharda ictimaiyyətlə paylaşılıb.

Xatırladaq ki, Covid-19 səbəbindən həyat itkisi rekordu12 fevralda 5 min 444 nəfərlə ABŞ-da yaşanıb. Hindistan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ümumi xəstəlik sayı 29,2 milyona, ölüm sayı isə 359 min 676-ya yüksəlib. Ölkədə gündəlik xəstələrin sayı 4 apreldə 100 min, 15 apreldə 200 min, 21 apreldə 300 min, 30 Apreldə 400 mindən çoxdur.

Mütəxəssislər yoluxma və ölümlərin həqiqi sayının göstəriləndən daha çox ola biləcəyini söyləyirlər.

Sağalma nisbətinin 94,6 faiz olduğu ölkədə 1 milyon 231 min 415 xəstənin müalicəsi davam edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə