Ermənistanda son sutka ərzində daha 76 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 460 nəfərə çatıb. Ermənistanda bir gündə koronavirusdan 4 nəfər ölüb. Pandemiya qurbanlarının sayı 4479 nəfərə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1092 nəfərdir. Aktiv xəstələrin sayı 3033 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB