Nigeriyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb

Nigeriyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb

Nigeriyanın Jiqava əyalətində 2 sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Jiqava polisinin mətbuat katibinin müavini Laşan Şisu mətbuata bildirib.

Hadisə əyalətin Birninkudu-Kano magistral yolunda baş verib.

Polisin sözçüsü qəza nəticəsində çox sayda yaralının olduğunu vurğulayıb: “Yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərinin sayının artacağı istisna edilmir”.

Qəzanın səbəbi kimi, ilikin olaraq, sürət həddinin yüksək olması göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə