Albaniya parlamenti Konstitusiyanı pozduğuna görə ölkə prezidenti İlir Meteyə impiçment elan edib və tutduğu vəzifəsindən kənarlaşdırıb.
SİA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi bildirib.
Məlumata əsasən, 104 parlament üzvü impiçmentin lehinə, yalnız yeddi nəfər isə əleyhinə səs verib. Daha üç nəfər bitərəf qalıb.
İndi 3 ay ərzində onun vəzifəsindən kənarlaşdırılması qərarı Albaniya Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB