Avropa komissarı: "Kipr Şengen məkanına daxil olmağa hazır deyil"

Avropa komissarı: "Kipr Şengen məkanına daxil olmağa hazır deyil"

Daxili işlər üzrə Avropa komissarı İlva Yohanson mətbuat konfransında Kiprin Şengen məkanına daxil olmağa hazır olmadığını bildirib.
SİA xəbər verir ki, Yohanson Avropa İttifaqı ölkələrinin hamısının Şengen məkanına daxil olmasının mühüm əhəmiyyətini vurğulayıb: “Bunun üçün ölkələr xüsusi meyarlara uyğun olmalıdırlar. Hazırda Avropa İttifaqında olan və Şengen məkanında olmayan ölkələr sırasında bu zonaya daxil olmaq üçün Rumıniya, Bolqarıstan və Xorvatiya bütün tələbləri yerinə yetirib. Tezliklə bu ölkələr Şengenin tam üzvü ola biləcəklər".

Qeyd edək ki, hazırda Şengen məkanına 26 üzv ölkə daxildir”.

Bütün xəbərlər Facebook səhifəmizdə