Hindistanda 28 fil koronavirusa yoluxub

Hindistanda 28 fil koronavirusa yoluxub

Dünən Hindistanda koronavirus səbəbi ilə ilk heyvan ölümü qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 9 yaşlı Asiya aslanının koronavirusa yoluxmasından sonra, Tamil Nadu əyalətindəki Mudumalai Milli Parkı və Vəhşi Təbiət Qoruğundakı fillərə koronavirus testi edilib. 18 erkək və 10 dişi olmaqla 28 fildə koronavirus aşkarlanıb. Fillərin olduğu yer dezinfeksiya edilib.

Qeyd edək ki, Hindistanın cənubundakı Chennai şəhərindəki bir zooparkda isə Neela adlı 9 yaşındakı bir dişi aslanın testi pozitiv çıxıb və bir müddətdən sonra ölüb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə