İran televziyasında gərgin anlar

İran televziyasında gərgin anlar

İran prezidentliyinə namizədlərin televiziya debatında gərginlik yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, namizəd olan məhkəmə başçısı İbrahim Reisi "türklərin yaşadığı əyalətlərdə Azərbaycan dilində danışan dəyərli vətəndaşlarımız mənə sevgi göstərdi" ifadəsini qeyd edib.

Bu mövzuda söhbət, 18 iyun tarixində İranda keçiriləcək 13-cü prezident seçkilərində iştirak edəcək namizədlərin müzakirələrində yer alıb. İran dövlət televiziyasında ikinci dəfə keçirilən debatda islahatçı və namizədlər, azərbaycanlılar və türklər haqqında müzakirələr ediblər.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə