Koronavirusun yeni simptomları üzə çıxıb

Koronavirusun yeni simptomları üzə çıxıb

İlk dəfə 2019-cu ilin son aylarında Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus, planetimizin bir nömrəli problemi olaraq qalmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, virus on milyonlarla insana yoluxsa da, 4 milyona yaxın insanın dünyasını dəyişməsinə səbəb olub.

Covid-19 haqqında yeni məlumatlar, epidemiyanın yeni mərkəzi adlandırılan Hindistandan gəlib. Ölkədə çalışan həkimlər virusun yeni ştampı olan “delta” ştampını aşkar etdiklərini açıqlayıblar. Elm adamları virusun yeni ştampı olan “delta”nın bu günə qədər kəşf edilən ən yoluxucu ştamp olduğunu vurğulayıblar. Hindistanda çalışan həkimlər covid-19 virusunun yeni simptomlarını aşkar ediblər.

Ölkədə covid-19 xəstələrini müalicə edən altı aparıcı həkim, mədə ağrısı, ürək bulanması, qusma, iştahsızlıq, eşitmə qabiliyyətini itirmə və oynaq ağrıları kimi ümumi simptomları qeyd edib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə