Əfqanıstanda hərbi helikopter - qəzaya uğrayıb

Əfqanıstanda hərbi helikopter - qəzaya uğrayıb

Əfqanıstanın Maydan Wardak vilayətinin, Çegatu rayonunda MI-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb və 1 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstanın Müdafiə Nazirliyi, MI-17 tipli hərbi helikopterin texniki nasazlıq səbəbindən Çegatu rayonunda qəzaya uğradığını açıqlayıb.

Qeyd edək ki, Əfqanıstan milli təhlükəsizlik şurasının sözçüsü Rahmatullah Ender 5 iyun tarixində talibanın may ayında 1455 hücum təşkil etdiyini və ən çox mülki itkinin keçən ay həyata keçirildiyini açıqlayıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə