Yəmənin Hərbi Hava Qüvvələri ölkə ərazisində nümayişlər başlanandan bəri ilk dəfə olaraq nümayişçilərə qarşı tam hərbi əməliyyat həyata keçirib. SİA-nın məlumatına görə, Yəmən təyyarələrinin Zincibar şəhərini bombalaması nəticəsində 30-dan çox insan həyatını itirib.
Bombardmana məruz qalan əsasən Zincibar şəhərinin Abyan vilayəti olub. Hakimiyyət mənbələri həmin əyalətin nümayişçilərin əlinə keçdiyini bildirir. Şahidlərin sözlərinə görə, təyyarələr düz yaşayış evlərini hədəfə alıb. Şəhərin əksər evlərinin dağıdıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB