Polis təcavüz və qətli etiraf etdi

Polis təcavüz və qətli etiraf etdi

London Paytaxt Polis Zabiti Ueyn Kazens 33 yaşlı Sara Everardın zorlanması və öldürülməsində günahkar olduğunu etiraf edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Everard 3 mart tarixində bir növ, sanki yoxa çıxıb və onun öldürülməsi son illərin ən səs-küylü cinayətlərindən biri kimi yadda qalıb.

Xatırladdaq ki, Londonun Brixton bölgəsində qonaqlardan qayıdan Sara Everard evinə qədər gedib çatmayıb. Onun itgin düşdüyü bildirilib. Bir həftə sonra bir London polisi bir gənc qadını qaçırmaqda və öldürməkdə ittiham olunub və Everardın qalıqları Londonla həmsərhəd olan Kentdə tapılıb. Faciə bir sıra etirazlara səbəb olub və polisin çox sərt hərəkətləri səbəbindən qalmaqala çevrilib. Qırx səkkiz yaşlı Kazens, Londonun Old Bailey Mərkəzi Cəza Məhkəməsində keçirilən iclasda Everardı zorladığını və öldürdüyünü etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə