Fransanın dövlət başçısı Drom departamentinə səfər edib və bu zaman naməlum bir adam prezident Emmanuel Makronun yanağına şillə vurub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, hadisə, Makronun “Ten-el'Ermitage” kommunasındakı litseyi ziyarətindən sonra baş verib və bu hadisənin videogörüntüləri belə sosial şəbəkələrdə yayılıb.
Sosial şəbəkələrdə yayılan videoda ölkə rəhbərinin küçədə onu gözləyən insanlara yaxınlaşdığı və kişilərdən birinin onu bir əli ilə əlindən tutduğu, digər əli ilə üzünə şillə vurduğu öz əksini tapır. Video yayımda bundan sonra təhlükəsizlik xidmətinin vəziyyətə müdaxilə etdiyi görünür.
Xatırladaq ki, Yelisey Sarayı da hadisəni təsdiqləyib və bu hadisənin Makronun üzünə təkcə bir şillə deyil, onu vurmaq cəhdi olduğunu bildirib. Polis artıq iki nəfəri saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB