Pakistanın Əfqanıstandan çıxarmaqda olduğu hərbi bazalarını ABŞ-a verməkdən imtina edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi “Geo News”a verdiyi müsahibəsində söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ rəhbərliyi bəyan etmişdi ki, müttəfiqlərlə tam koordinasiyada Əfqanıstandan qoşunların çıxarılması 1 may tarixindən başlayaraq, 11 sentyabr tarixinə qədər davam edəcək. 2020-ci ildə ABŞ və radikal Taliban hərəkatının nümayəndələri Dohada 18 ildən artıq müharibədə ilk sülh müqaviləsini imzalayıblar. Yaxın Şərq əyalətindən xarici qoşunların 14 ayda geri çəkilməsi və məhbus mübadiləsindən sonra Əfqanıstanarası dialoqun başlanması nəzərdə tutulur.
“Geo News”a verdiyi müsahibəsində nazir, "Biz Əfqanıstanda sülh prosesinin qoşunların çıxarılması ilə irəliləməsini istəyirik. Dünya Pakistanı problemin bir hissəsi kimi görmür", deyib.
Xarici işlər naziri qeyd edib ki, Pakistan hökuməti ABŞ-a hərbi baza vermək niyyətində olmadığını bütün siyasi partiyalara bəyan edib.
"Baza axtarışı onların istəyi ola bilər. Onlara əsas, haqq verilməsi barədə heç söhbət, söz belə ola bilməz, maraqlarımızı görməli, gözləməliyik", deyə Qureşi əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda “New York Times”, məlumatlı mənbələrə istinad edərək, ABŞ rəhbərliyinin Amerika qoşunları ölkəni tərk etdikdən sonra Əfqanıstanda kəşfiyyat məlumatları toplamaq və terrorizmə qarşı zərbələr endirmək üçün istifadə ediləcək bir hərbi baza təmin etmək üçün Pakistan hökuməti ilə danışıqlar apardığını yazıb. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi Pakistanda bir baza təmin edilməsinə dair danışıqların aparılması xəbərlərini təsdiqləməyib, lakin fərqli variantların axtarışının davam etdiyi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB