Liviyadakı xalq etirazları bu gün 100-cü gündür ki, davam edir. SİA-nın məlumatına görə, aradan keçən 100 gün nümayişçilərin etirazında heç nəyi dəyişməyib. Belə ki, Liviya lideri Muammər Qəddafinin hakimiyyəti tərk etməsini istəyən müxalifət nümayəndələrinin cəhdləri hər gün onlarla insanın ölümünə səbəb olur. Müxtəlif ölkələrin araya girib vəziyyəti sakitləşdirmək istəməsinə baxmayaraq, Liviyada heç bir dəyişiklik yoxdur.
Liviyanın Milli Keçid Hökumətinin rəhbəri Mustafa Abdulcəlil hadisələr haqqında nümayişlərin 100-cü günündə verdiyi açıqlamada belə deyib: \"Bu gün xalq nümayişlərinin 100-cü günüdür. Nümayişlərdə ölənlər çox olsa da, artıq milli və beynəlxalq sahələrdə müxtəlif qələbələr qazanılıb. Belə ki, artıq dünya ölkələrindən dəstək almağa başlamışıq. Bu, Liviya xalqı üçün böyük qələbədir. Qəddafinin hakimiyyəti təhvil verməsi məsələsi G8 zirvəsində də müzakirə olunub. Üzv ölkələr də müzakirələr nəticəsində Qəddafinin hakimiyyətdən getməsini uyğun görüblər. Beynəlxalq səviyyədə də Liviyadakı böhranların yalnız Qəddafinin gedişi ilə həll olunacağının düşünülməsi bizə böyük dəstəkdir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB