Pakistanda dəhşətli hadisə

Dünən Pakistanda baş verən qatar qəzasında həyatını itirənlərin sayı 62-ə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, axtarış və xilasetmə işləri zamanı daha 11 nəfərin cəsədinin tapılmasından sonra qəzada həyatını itirənlərin sayı 62 nəfərə çatıb.

Qeyd edək ki, qatar qəzası nəticəsində 100-dən çox insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olaraq qalır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə