Putin Avropa Şurasının sədri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel ilə Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə edib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının daha da ardıcıl həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib.
Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr olduğu vurğulanıb.
Şarl Mişel ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB