Burcanadzenin əri amansızcasına döyülüb

Burcanadzenin əri amansızcasına döyülüb

\"Mənim ərim Badri Biçadze Gürcüstan ərazisindədir\". SİA-nın "Gruziya-online" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın "Xalq Məclisi" hərəkatının lideri Nino Burcanadze keçirdiyi mətbuat konfransında bəyan edib: "Badri Biçadze ictimai şəxs deyil və kameralara düşməyə məcbur deyil. Hələ ki, ona heç bir sual yoxdur, o baş verənlərdən sonra özünə gəlməlidir və lazım olan vaxt ortalığa çıxacaq".

Agentliyin qeyri-rəsmi mənbələrdən əldə etdiyi xəbərə görə, Badri Biçadze mayın 26-da Ermənistanla sərhəddə tutulub. Mənbənin məlumatına görə, o, amansızcasına döyülüb. Mənbə həmçinin qeyd edib ki, Biçadze oğlu Anzor Biçadzenin həbs edilməsi barədə xəbərdən sonra Tiflisə qayıdıb. Qeyd edək ki, Anzor Biçadze həqiqətən də həbs edilib, lakin o, bir neçə saatdan sonra azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə