“Amazon” qurucusu kosmosa gedir

“Amazon” qurucusu kosmosa gedir

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un qurucusu Jeff Bezos, iyul ayında kosmik səyahətə çıxacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bezos, sosial media hesabında “instagram”da, 5 yaşından bəri kosmosa getmək arzusunda olduğunu bildirib.

20 iyulda qardaşı Mark Bezos ilə kosmik səyahətə çıxacağını açıqlayan Bezos, "Ən yaxşı dostumla ən böyük macəra" ifadəsini bildirib. Bezos sahibi olduğu kosmik turizm şirkəti olan “Blue Origin”in ilk insanlı kosmik uçuşunda iştirak edəcəyini deyib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə