Putin və Baydenin görüşəcəyi gün - POLİSLƏR NƏ EDƏCƏK?

Putin və Baydenin görüşəcəyi gün - POLİSLƏR NƏ EDƏCƏK?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı görüş günü Cenevrədəki polislər hərbi texnika ilə təmin ediləcək. SİA xəbər verir ki, bu barədə “NZZ am Sonntag” qəzeti polis nümayəndəliyinə istinadən yazır.

Qəzetin yazdığına görə, görüş günü İsveçrəyə milli ordunun göndərilib-göndərilməyəcəyi də gələn həftə açıqlanacaq. Səlahiyyətlilər 2014-cü ildə Suriyada bir konfrans zamanı da belə bir tədbir görüblər.

Xatırladaq ki, Vladimir Putin və Co Bayden 16 iyun tarixində İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. İclasdakı mövzular silahlara nəzarət, Ukrayna, Belarusiya və digər mövzular olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə