Virusdan ölənlərin sayı 4458-ə çatdı - ERMƏNİSTANDA

Virusdan ölənlərin sayı 4458-ə çatdı - ERMƏNİSTANDA

Ermənistanda son sutka ərzində daha 37 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 180 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4458-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1091 nəfərdir. Aktiv xəstələrin sayı 3268 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə