Co Bayden rəsmi Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını bildirib

Co Bayden rəsmi Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını bildirib

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşü çərçivəsində Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını, əksinə sabit münasibət qurmaq istədiyini söyləyib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ lideri, həmçinin, Avropa təhlükəsizliyinə qarşı irəli sürülən iddialara cavab verməyə də hazır olduğunu bildirib.

Qeyd edək ki, tərəflər arasında görüş iyunun 16-da Cenevrədə keçiriləcək NATO zirvə görüşü çərçivəsində planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə