NATO-dan Qəddafiyə göz dağı

NATO-dan Qəddafiyə göz dağı

NATO Muammər Qəddafiyə növbəti dəfə göz dağı verib. SİA-nın məlumatına görə, Liviyadakı əməliyyatlar çərçivəsində NATO qoşunları Qəddafinin Tripolidəki sarayının qüllələrini bombalayıb. Hava hücumundan sonra Qəddafiyə sadiq qüvvələrin saray qapıları arxasında gizlənə bilməyəcəyini ifadə edən NATO rəsmiləri bunun davamının da gələcəyini bildiriblər.

Əməliyyatla bağlı məlumat verən ingilis qoşununun nümayəndəsi general Con Lorimer, hücum vasitəsilə Qəddafiyə əsas mesajların verildiyini diqqətə çatdırıb: \"Əməliyyat nəticəsində Qəddafi rejiminin tərəfdaşlarının gizləndiyi sarayın qüllələri bombalandı. Bu hadisə çox böyük əhəmiyyət daşıyırdı. Çünki NATO-nun əsas məqsədi, Qəddafi tərəfdaşlarına artıq saray qapıları arxasında gizlənə bilməyəcəklərini anlatmaqdan ibarət idi\".

Bütün xəbərlər Facebook səhifəmizdə