Girişi qadağan edilmiş ərazilər DİQQƏT

Girişi qadağan edilmiş  ərazilər DİQQƏT

Dünyada insanlar üçün təhlükəli olan girişi qadağan bir sıra ərazilər mövcuddur. SİA xarici mətbuata istinadən bu əraziləri təqdim edir:

Şimal Sentinel adası

Bu ada Hindistan ərazisində yerləşir. Ərazidə yaşayan insanlar bir neçə min illiklər gerini təmsil edir və öz ərazilərindən xaric bölgələr haqqında xəbərdar deyillər. Düşünün, bütün texnoloji yeniliklərdən, geyim və elmdən xəbərsiz kütlə. Hindistan dövləti ərazinin təbiiliyini qorumaq üçün bölgəyə səfərləri qadağan etmişdir.

Braziliyadakı İlan adası

Bu adada hər 2 addımda bir ilana rast gəlmək mümkündür. Bundan dolayı adaya girmək mümkün deyil və onların zəhərləri insan bədənini tamamı ilə əritməyə yetəcək qədər təsirlidir. Ümidvarıq ki, bu məlumat sizin Braziliyaya olan sevdanızı azaltmayacaq.

Qin Shi Huang türbəsi

Yüzlərlə qum əsgərin olduğu bu yer Çin hökuməti tərəfindən qorunur. Yalnız tədqiqat üçün açıq olan ərazinin maraqlı tərəfi qum əsgərlərin hər birinin mimikasının fərqli olmasıdır.

51-ci bölgə

Amerika prezidentinin ancaq özəl günlərdə icazə ilə girə bildiyi yer eyni zamanda dünyada ən sirli ərazidir. Amerikadan yerləşən bu bölgəyə giriş ölüm hökmünə bərabərdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə