İngiltərədə dövlət tərəfindən dəstəklənən BBC kanalının spikerinin görüntüsü bomba kimi dünya gündəminə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kanalın təcrübəli diktoru Şaun Ley, şalvar yerinə şort geyinərək BBC-də xəbər təqdim edib. Bu görüntülər qısa müddətdə sosial mediada yayılıb.
Ölkənin ən ciddi yayım təşkilatı kimi qəbul edilən BBC-də 1990-cı ildən bəri çalışan və bir çox xəbər təqdim edən Ley, şortla efirə çıxaraq gözlənilməz dəyişiklik edib. Xəbər buraxılışını təqdim etmək üçün studiyada olan Ley pencək geyinib, amma şalvar geyinmədiyi ortaya çıxıb. Kameraya şort şəklində əks olunan diktorun bu görüntüləri dünyada geniş müzakirə olunur.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB