Fransa Prezidenti Makron, oktyabr ayında ediləcək erkən seçkilərə hazırlıq üçün İraqa dəstək verməyə hazır olduqlarını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Bağdad hökumətindən verilən yazılı açıqlamada bildirilib.
Fransa prezidenti Emmanuel Makron İraq Baş naziri Mustafa əl-Kazemi ilə telefon əlaqəsi yaradıb. Telefon görüşü zamanı iki ölkə arasındakı əlaqələri və iş birliyi müzakirə olunub. Görüşdə Kazimi bu əməkdaşlığın xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində inkişaf etdirilməsinin və Fransız şirkətlərinin İraqa sərmayə qoyması üçün uyğun bir mühitin yaradılmasının vacibliyini vurğulayıb. İraq hökumətinin erkən seçki hazırlıqlarına hər cür dəstəyi verməyə hazır olduğunu dilə gətirən Makron, Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq Yüksək Seçki Komissiyasının işinə töhfə vermək üçün müşahidəçi göndərmək qərarını dəstəklədiklərini də bildirib. Açıqlamaya görə, Kazimi və Makron beynəlxalq və regional məsələlər qarşısında ortaq mövqe tutmaq üçün əlaqə saxlamağa razı olublar.
Qeyd edək ki,İraq hökuməti erkən seçkilərin 10 oktyabrda keçirilməsinə qərar vermişdi. Baş nazir Kazimi 13 May tarixində erkən seçkilərdə namizəd olmayacağını açıqlayıb. İraq Xarici İşlər Nazirliyi keçən ay İraqın seçkilərə müşahidəçi göndərmə tələbinin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edildiyini elan olunub.
Sadıxzadə Ayşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB