Hindistanın paytaxtı Dehli şəhəri yaxınlığında aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dehli şəhərindən Patna şəhəri istiqamətində uçan tibb xidmətinə məxsus \"PC-12\" markalı təyyarə Fəridabad şəhərində yaşayış binasına çırpılaraq yerə düşüb. Alovlanan təyyarə həmçinin binada yanğına səbəb olub.
Nəticədə, təyyarənin göyərtəsində olan 7 nəfər, yerdə isə 3 nəfər ölüb. Daha 2 nəfərin xəsarət aldığı bildirilir. Ərazidə müvafiq işlər görülüb, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB