İngiltərə 7 ölkəni qırmızı siyahıya - ƏLAVƏ ETDİ

İngiltərə 7 ölkəni qırmızı siyahıya - ƏLAVƏ ETDİ

İngiltərə hökuməti Covid-19 səbəbi ilə tətbiq olunan məhdudiyyətlər daxilində daha 7 ölkəni "yüksək riskli" ölkələrin qırmızı siyahısına daxil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Portuqaliyanı yaşıl siyahıdan sarı siyahıya köçürüb.

İngiltərədə hökumət beynəlxalq səyahət qadağalarını artıraraq koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətləri sərtləşdirib.

Hökumət Misir, Əfqanıstan, Bəhreyn, Kosta-Rika, Sudan, Şrilanka, Trinidad və Tobaqonun sarı "risk" ölkələrindən "yüksək riskli" ölkələrin qırmızı siyahısına keçdiyini açıqlayıb. Qırmızı siyahı qaydalarının bu ölkələrə 8 iyun çərşənbə axşamı yerli vaxtla saat 04: 00-dan etibarən tətbiq ediləcəyi bildirilib.

Ölkədəki mövcud təcrübəyə görə, qırmızı siyahıda olan ölkələrdən İngiltərəyə gələn insanlardan 10 gün müddətində hökumət tərəfindən təyin olunan otellərdə karantin tətbiq edilməlidir.

Hökumətin beynəlxalq səyahət qaydalarını müəyyənləşdirən siyahıya əlavə etdiyi son 7 ölkə və ümumilikdə 50 ölkə İngiltərənin "yüksək risk" hesab etdiyi qırmızı siyahıda yer alır. Türkiyə qırmızı siyahıda yer alan ölkələr arasındadır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə