Gənc qız özünü 4-cü mərtəbədən atdı - DƏHŞƏTLİ HADİSƏ

Gənc qız özünü 4-cü mərtəbədən atdı - DƏHŞƏTLİ HADİSƏ

Türkiyənin Mecidiyeköy bölgəsində yaşayan və psixoloji problemləri olan 26 yaşlı gənc qız 4-cü mərtəbədən yıxılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin Mecidiyeköy bölgəsində baş verib.

Əldə edilən məlumata görə, 26 yaşlı Sinem bir müddət əvvəl anası ilə birlikdə həmin ərazidəki 5 mərtəbəli binaya köçüblər. Ancaq bir müddət psixoloji problemlər yaşadığı öyrənilən gənc qız, hadisə günü evin pəncərəsində özünü ataraq intihara cəhd edib. Qızı görən ətrafdakı vətəndaşlar, "Bunu etmə" deyə qışqıraraq gənc qızı fikrindən yayındırmağa çalışıblar. Bir ayağı ilə pəncərənin mərmərində dayanmağa çalışan Sinem insanların səyinə baxmayaraq pəncərədən yıxılıb. İnsanlar dərhal təcili yardım çağırıblar.

Yerə dəyən gənc qıza ilk yardım göstərilib və vətəndaşların köməyi ilə təcili yardım maşınına qoyularaq və xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisədən sonra polislər gənc qızın yıxıldığı yerə təhlükəsizlik zolağını çəkərək araşdırma aparıblar.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə