Suriyada daha 8 aksiyaçı qətlə yetirilib

Suriyada daha 8 aksiyaçı qətlə yetirilib

Suriyanın bir neçə bölgəsində keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən azı 8 nəfər öldürülüb.

SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, üç nəfər Dəməşq yaxınlığındakı Qatana, daha üç nəfər cənubdakı Dael, biri isə Livanla sərhəd yaxınlığındakı Zəbadani şəhərində öldürülüb.

Şahidlər təhlükəsizlik qüvvələrinin Dəməşq şəhərində toplaşan 1500 nəfəri mühasirəyə aldıqlarını bildiriblər.

Zorakılıqlara baxmayaraq, Suriya müxalifət fəalları ordunu ona işarə olaraq "Vətən mühafizəçilərinin cümə günü" adı altında keçirilən nümayişləri dəstəkləməyə çağırır.



Bütün xəbərlər Facebook səhifəmizdə