…Deməli, bu günlərdə Parisə səfər edən Nikol Paşinyan oradakı erməni icmasının nümayəndələri ilə görüş keçirib. Görüşdə, Paşinyan 44 günlük müharibəni dayandıran 9 noyabr sənədinin, əslində, problemi həll etməyəcəyini, əksinə, “süründürmə prosesinə” yol açacağını bildirib.
Maraqlıdır ki, erməni saytları Nikolun “sürünmə prosesi” deməklə nəyə nail olmaq istədiyini bilmədiklərini etiraf etsələr də, amma onun təslim olmaq məcburiyyətində qaldığına əminlik nümayiş etdirirlər. Onların ehtimalına görə, Rusiya artıq Ermənistanı parçalamaq və bu ölkənin “suverenliyini ləğv etmək” istiqamətində həlledici mərhələyə qədəm qoymaqdadır.
Amma bütün bunlara baxnayaraq, Nikol da az qala bu sənəddə “təslimçiliklə” bağlı elə də bir “eyhamın” belə olmadığını deməkdə davam edir.
Doğrudan da, əgər belədirsə, bəs onda ermənilər niyə “sinələrini açıb, yaxalarını cırırlar”. Məsələn, o gün “erməniləri bundan sonra da ehtiyatlı olmağa səsləyən”, politoloq Aqasi Yenokyan üçtərəfli 9 noyabr sənədini Nikol tərəfindən ermənilərə qarşı xəyanət kimi dəyərləndirib. Özü də, davam etdirilən xəyanət kimi… Onun fikrincə, “9 noyabr sənədi və bu sənədlər Nikol üçün xəyanətlə yazılmış sübutlardır”.
Amma Paşinyan başqa şey deyir. O deyir ki, 9 noyabr sənədi təslim sənədi deyil, sadəcə olaraq, müvəqqəti “geri çəkilmə” sənədidir. Ermənilər isə soruşurlar ki, əgər bu doğrudan da, təslim sənədi deyilsə, bəs onda niyə Rusiya hərbi varlığını Sünikdən Tavuş və Gümrüyə qədər olan cəbhə xəttinin formalaşmasını nəzərdə tutan - Ermənistan əraziləri və suverenliyi hesabına reallaşdırır?
Belə başa düşülür ki, ermənilər öz xilaskarları olan ruslardan yenə də narazıdırlar. Bundan əlavə, ermənilər ruslardan başqa bir şeydə də narazıdırlar: “Azərbaycanın özbaşnalığından”. Guya Bakı mütəmadi olaraq, “erməni ərazilərinə hərbi basqınlar” etsələr də, amma ruslar buna münasibət bildirmirlər. Təbii ki, erməniləri “narazılıqları sadalamaqla tükənmir”…
Maraqlıdır ki, ötən gün erməni saytlarına danışan rusiyalı şərqşünas Aleksey Malaşenko Ermənistanla Azərbaycan arasındakı hazırkı gərginlikdə Kremlin kimsəni incitməmək mövqeyi nümayiş etdirdiyini bildirib. Rus şərqşünasa görə, əgər bu gün tərəflər arasında qarşıdurma varsa, Rusiyanın da varlığı var. Buna görə, Rusiyanın həm Cənubi Qafqazdakı varlığına, həm də Ermənistanla Azərbaycan arasındakı münaqişəyə ehtiyac var(?).
Maraqlıdır ki, rusları dünyanın ən “uğurlu bir sülhməramlı”sı kimi xarakterizə edən Malaşenko, qəribə də olsa, “əgər iki ölkə arsında hər hansı bir qarşıdurmanın baş verməyəcəyi təqdirdə, Rusiyanın bu bölgədə qətiyyən heç bir işi olmayacaq”-deyə bildirir.
…Sizi bilmirəm, amma mən buna çox inanmaq istərdim…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB