Ayını tək başına qovan - CƏSUR QADIN

Ayını tək başına qovan - CƏSUR QADIN

ABŞ-ın Kaliforniya ştatında San Gabriel vadisi bölgəsində yerləşən "Bradbury"də bir evin həyətinə ana ayı və balaları giriblər. Bu vaxt bağdakı dörd it ayılara tərəf qaçaraq hürməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ana ayı balalarını qorumaq üçün köpəklərdən birinə hücum edib.

Hadisəni görən ev sahibi Hailey Morinico dərhal həyətə qaçaraq itlərini ayının pəncəsindən xilas etməyə çalışıb. Cəsur qadın əlləri ilə divara çıxan ayını öz əlləri ilə həyətdən kənara itələyib. Morinico itləri ilə evə girib və ayılar oradan uzaqlaşıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə