Makronu Cənubi Afrikadan niyə qovdular? - ŞOK

Makronu Cənubi Afrikadan niyə qovdular? - ŞOK

Ölkəsində islam dininə qarşı siyasətin bayraqdarlığını edən Emmanuel Makron Cənubi Afrikaya səfəri zamanı gözləmədiyi hadisə ilə rastlaşıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikadakı müsəlman iş adamlarını təmsil edən özəl qurum tərəfindən yayılan bəyanat Fransada rezonans doğurub.

Qurumun səfərdən öncə yayımlanan bəyanatında Makronun Cənubi Afrikaya olan səfərinin ölkə üçün utandırıcı hal olduğu qeyd edilib. Cənubi Afrika Müsəlman Əmək Quruluşu Birliyi Makronun ölkəyə səfərini qətiyyətlə pisləyib. Bəyanatda "zalım" olaraq təqdim edilən Makronun sadəcə Fransada deyil, beynəlxalq arenada da İslama qarşı siyasət apardığı vurğulanıb.

Həmçinin bəyanatda yer alan bənddə Makrona müraciətdə ünvanlanıb. Bənddə, "Bura hansı üzlə gəldin, ey İslam düşməni" deyə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə