Məşhur aktrisa Amerikada sabun satır

Məşhur aktrisa Amerikada sabun satır

82 yaşında amerikalı fermer ilə evlənən və Amerikada yaşamağa başlayan Meltem Miraloğlundan maraqlı xəbər var. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Miraloğlu Amerikada ticarətə başlayıb. Belə ki, Patrick Grady adlı amerikalı ilə evlənən Miraoğlu xəyal etdiyi kimi Amerikada aktrisalıq karyerasını davam edə bilmədiyini görəndə çarəni burda ticarətlə məşğul olmaqda görüb. Əslən Mardinli olan Miraloğlu burda qohumlarının hazırladığı sabunları satmağa başlayıb.

Qeyd edək ki, böyük maraqla qarşılanan bu sabunların tələbatı getdikcə artır. Hətta Miraloğlunun amerikalı həyat yoldaşı onun adına şirkət qurub sabun işini böyütməyə qərar verib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə