“Qəssabını gözləyən “quzu”nun son ümid yeri...”

Zatulinin Rusiya Dövlət Dumasından kənarlaşdırılması ehtimalı ermənilərin canına vəlvələ salıb
“Qəssabını gözləyən “quzu”nun son ümid yeri...”

Ara, ay ermənilər, ayıq olun, deyəsən, dünyanın çərxi dönüb deyə, indi artıq çoxları bizim “tutarlı yalanlarımıza” inanmaq istəmirlər. Ona görə də, ehtiyatı əldən vermək olmaz, indi artıq “...bizim “dost” itirən vaxtımız deyil”. Son zamanlar onsuz da bizi yaxından tanımağa başlayıb və bizdən uzaqlaşanların sayı çoxalıb. Belə görünür ki, ermənilər üçün daha muzdlu “dostları” əldə saxlamaq daha da çətin olacaq. Ona görə də, heç olmasa əlimizdə olanların ətəklərindən möhkəm yapışmalıyıq. Onların “qırıb qaçmalarına” imkan verməməliyik. Onsuz da dünyadakı dostlarımız azalmağa doğru gedir. Amma onlar “böyük erməni xalqı” qarşı etdikləri “haqsızlıqlara” görə, nə vaxtsa tarix qarşısında olmasalar da, “ermənilər qarşısında cavab verməli” olacalar...

Ey mənim erməni qardaşlarım, eşitmiş olarsınız, deyilənə görə, ermənilərin ən sadiq “dost”larından biri olan Konstantin Zatulini “yerindən tərpətmək istəyirlər”. Son zamanlar onun hətta Rusiya Dumasından qovulmaq ehtimalı da gündəmdədir. Ayə, bəs onda biz ermənilər neylərik?

Əslində, Zatulin kimi “sədaqətli yoldaşı” itirmək biz ermənilər üçün faciə ola bilər. Siz heç bunu fikirləşmisinizmi? Ona görə də, təcili əlavə fəaliyyətə keçmək lazımdır. Yoxsa, gec olar. Yəni, biz günü elə bu gündən başlayaraq, Zatulin “yoldaş”ın Rusiyanın VIII çağırış Dövlət Dumasına yenidən deputat seçilməsi üçün hər yola əl atmalıyıq. Yəni əslində Zatulin təbliğ ediləsi biri olmasa da, amma biz onu hər yolla təbliğ etməliyik. Amma nə yolla, bax, əsl məsələ də bundadır.

Ay ermənilər, xəbəriniz olsun, deyirlər, artıq Zatulin “yoldaşa” alternativ də “tapılıb”. Özü də, onun Zatulin “yoldaşa” qalib gəlmək şansının böyük olduğu da deyilir. Onu da deyirlər ki, “yoldaş” Zatulin bunu eşidəndən “matı-qutu” quruyub. Daha sonra onu da deyirlər ki, erməni xalqının “böyük dostu” indi küçədə ağaca bağlanıb kəsiləcəyi anı gözləyən quzuya dönüb. Hazırda onun hər yerdən əli üzülüb deyə, biz ermənilərdən “dəstək” gözləyir.

Amma, unudur ki, bu gün biz ondan da pis gündəyik. Bəlkə onu da unudur ki, bu gün “etibarlı böyük qardaşımız” frənglərdən başqa hamı bizə dal çevirib. Daha üzümüzə “baxmaq” belə istəmirlər. Baxanlar da, elə-belə...

Buna baxmayaraq, yenə də, ermənilər anlamalıdırlar ki, Zatulin “yoldaş” getsə, bu bizim bəzi gizli yalanlarımızın faş olmasına səbəb ola bilər. Çünki o bütün erməni bicliklərini mənimsəyərək, ermənilər üçün “yetişmiş bir kadr” kimi “formalaşıb”. Əslinə baxsaq, o özü də biclikdə biz ermənilərdən elə də geri qalmır. Belə ki, o bizim diaspordan aldıqları milyonlar azmış kimi, hələ bir İrəvanda “Lazarev klubu” kimi “saxta” bir qurum da “düzüb-qoşmuşdu” və bu qurum vasitəsilə hər ay 1 milyon rubla yaxın “ermənilərin halal pulunu mənimsəyir”.

Ancaq buna baxmayaraq, biz ermənilər ona çox öyrəşmışik. Elə o da, bizə olmasa da, diasporumuzdan aldığı pullara öyrəncəli olub. Ona görə də, bütün bunlara baxmayaraq, biz Ermənistan erməniləri, Soçi və Rusiyanın digər əyalətlərindəki erməni diasporu nümayəndələri ilə əl-ələ verib, “suveren” erməni xalqının “vətənpərvər” dostu Konstantin Zatulinin deputatlıqdan "qovulması"nın qarşısını almağa çalışmalıyıq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə