"Google", istifadəçilərə bulud vasitəsilə yüksək keyfiyyətli məhdudiyyətsiz foto yaddaşını bitirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Google", istifadəçiləri 1 iyun tarixindən etibarən pullu xidmətə yönələcək. Bu praktika bu gün başlayıb.
"Google"ın şəkil saxlama xidməti olan “Google Photos” üçün məhdudiyyətsiz kopyalama sona çatıb. "Google", 1 iyun tarixindən etibarən fotolar üçün məhdudiyyətsiz yüksək keyfiyyətli yaddaş ehtiyatını sona çatdırıb. Şirkət ödənişli olaraq “Google One” vasitəsilə əlavə yaddaş sahəsi təklif edir.
"Google" hesabı olanlar üçün 15 GB-a qədər pulsuz yaddaş davam edəcək.
Şirkət təxminən 6 ay əvvəl də istifadəçilərə açıqlama verib. “Google Pixel” istifadə edənlər məhdudiyyətsiz foto yaddaş xidmətindən faydalanmağa davam edəcəklər.
"Google"ın 15 GB sahəsi yalnız fotoları deyil, bütün "Google" hesablarını əhatə edir. Başqa sözlə, “Drive”, “Sheets”, “Slides” kimi xidmətlər də 15 GB əraziyə daxil edilib.
“Google One” nə qədərdir?
Şirkət, 15 GB boş yer tapa bilməyən istifadəçilərə üç fərqli abunə variantını təqdim edir.
"Google One"da 100 GB abunə üçün aylıq ödəniş 5.79 lirə, illik ödəniş isə 57.99 liradır.
200 GB seçim ayda 11,59 lirə və illik 115,99 lirə olduğu halda, 2 TB yer üçün aylıq ödəniş 28,99 lirə və illik ödəniş 289,99 liradır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB