Virusa yoluxanların sayı 222 778-ə çatıb - ERMƏNİSTANDA

Virusa yoluxanların sayı 222 778-ə çatıb - ERMƏNİSTANDA

Ermənistanda son sutkada koronavirusa 108 yoluxma qeydə alınıb. Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda virusa yoluxanların sayı 222 778-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 445-ə yüksəlib.

Koronavirusa yoluxan 213 429 pasiyent sağalıb. Hazırda 3 822 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə