900 min dollarlıq bitkoin üçün - HƏBS CƏZASI VERİLİB

900 min dollarlıq bitkoin üçün - HƏBS CƏZASI VERİLİB

İzmirdə bazar dəyəri təxminən 900 min dollar olan bitkoin fırıldaqçılığı edən 3 şübhəli 7,5 aylıq fiziki təqibdən sonra tutulub. Ədliyyə Nazirliyinə köçürülən şübhəlilərdən 1-i həbs olunarkən, digər 2-si sərbəst buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən ilin oktyabr ayında İzmir Polis İdarəsi Kiber Cinayətlərə Qarşı Mübarizə Şöbəsinə zəng edərək Türkiyədə fəaliyyət göstərən bir kripto şirkətindən 15 bitkoinin oğurlandığını bildirib. “Fişinq” metodu ilə həqiqi kripto pul şirkətinin veb saytına çox yaxın URL ünvanlı saxta bir sayt yaratdıqları və yaratdıqları həmin saxta sayt vasitəsilə müştərilərin istifadəçi məlumatlarını əldə etdikləri müəyyən edilib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə