Konyada qəribə çuxur əmələ gəlib

Konyada qəribə çuxur əmələ gəlib

Konyanın Karapınar rayonunda diametri 3 metr və dərinliyi 65 metr olan yeni bir çuxur meydana gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə Konyanın Karapınar rayonunun Reşadiye mahalının Güllükuyu məhəlləsində tarlaya su boruları qoyan Bəkir İlhan yaxınlıqdakı babasına məxsus tarlaya gedib.

İlhan geri dönəndə tarlasında çuxur olduğunu anladıqda, dəhşətə gəlib. O məlumat verdikdən sonra bölgədə yaşayan insanlar tarlaya gələrək bataqlığı araşdırıblar. Çuxurun 3 metr diametrdə və 65 metr dərinlikdə olduğu qeyd edilib.

2 gün əvvəl tarlada yonca biçildiyi, bağlamalar hazırlandığı və yük maşınlarına yükləndiyi bildirilib. Çuxuru görən Bəkir İlhan jurnalistlərə böyük qorxu və çaxnaşma yaşadığını söyləyib.

Axşam saatlarına qədər tarlada çalışdığını ifadə edən İlhan, bunları söyləyib: "Səhər tarlada heç bir çuxur yox idi. Səhər tezdən qalxdım, suvarma borusunu dəyişdirdim. Sonra o biri sahəyə getdim və geri qayıtdım. Geri qayıtdıqda çölün ortasında bir çuxur gördüm və yaxınlaşmağa çalışdım amma bir az qorxdum. Çuxur olduğunu anladım və dərhal atama məlumat verdim. Çuxurun olduğu ərazidə yük maşınları və fəhlələr var idi. Allaha şükür ki, o vaxt yaranmamışdı".

Sahənin sahibi isə yaxınlıqdakı başqa bir sahədə 2 çuxur meydana gəldiyini vurğulayaraq, "Bu bölgədə daha bir neçə çuxur var. Sahədə işləyərkən qorxu yaradır" deyib.

Digər tərəfdən, çuxur yeni yarandığı üçün çökmələr zaman zaman davam edir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə