Şəhəri su basdı!

Yeni Zelandiya səlahiyyətliləri, bəzi bölgələrdə suyun səviyyəsinin 40 santimetrə çatması səbəbi ilə ölkədə fövqəladə vəziyyət elan edildiyini və xilasetmə quruplarının da qatıldığı evakuasiya səylərində 50-dən çox insanın hərbi helikopterlə xilas edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə səlahiyyətli orqanlar, daşqın fəlakəti başladığından bəri yüzlərlə insanın evlərindən evakuasiya edildiyini bildirib.

Bölgədə daşqın səbəbi ilə itkin düşən insanların olduğunu bildirən səlahiyyətlilər, mümkün itki və xəsarət sayı barədə məlumat verib.

Yeni Zelandiya baş naziri Jacinda Ardernin araşdırmalar aparmaq üçün bölgədəki Christchurch şəhərini ziyarət edəcəyini ifadə edib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə