Çində yenidən həyəcan siqnalı çalınıb

Çində yenidən həyəcan siqnalı çalınıb

Çinin Guangdong əyalətində 20 yoluxma aşkarlanmasından sonra səlahiyyətlilər təşvişə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koronavirus epidemiyasının ortaya çıxdığı və daha sonra həyatın normallaşdığı Çində, Guangdong əyalətində xəstə sayının artması səbəbi ilə səyahət qadağaları yenidən tətbiq olunmağa başlayıb.

Hong Kong sərhədindəki Guangdongda, 24 saat ərzində 20 yeni yoluxma hadisəsi qeydə alınıb. Guangdongda aşkarlanan yoluxma sayı dünyanın bir çox yerləri ilə müqayisədə az olsa da, artım xəstəliyin nəzarət altında olduğunu düşünən Çin rəsmilərini qorxudub.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə