ABŞ prezidenti Co Baydendən kritik açıqlama

ABŞ prezidenti Co Baydendən  kritik açıqlama

ABŞ Prezidenti Co Bayden İsveçrənin Cenevrə şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşündə insan hüquqlarının pozulması faktlarını gündəmə gətirəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər il may ayının son bazar ertəsi günü ABŞ-da keçirilən və müharibələrdə həyatını itirənlərin xatirəsini anma günündə çıxış edən prezident Co Bayden insan hüquqları pozuntularını İsveçrənin Cenevrə şəhərində Rusiya prezidenti ilə ilk görüşündə müzakirə edəcəyini söyləyib.

Co Bayden sözlərini belə ifadə edib: "Bir neçə həftə sonra Cenevrədə prezident Putinlə görüşəcəyəm və insan haqlarından sui-istifadə etməsinə icazə verməyəcəyimizi açıq şəkildə bildirəcəyəm".

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə