Braziliyada etiraz aksiyaları başlayıb

Braziliyada etiraz aksiyaları başlayıb

Braziliyanın bir çox şəhərinə toplaşan minlərlə insan prezident Jair Bolsonaroya etiraz olaraq küçələrə çıxıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədəki koronavirus səbəbi ilə 450 mindən çox insanın ölümünə görə, etirazçılar, istintaqı sürətləndirmək üçün Senatda yaradılan komissiyadan Bolsonaro hökumətinin koronavirusu epidemiyasına qarşı səhlənkar davrandığını araşdırmaq üçün tələb ediblər.

Etiraz aksiyaları yüzdən çox şəhər və bölgədə, xüsusən də ölkənin paytaxtı Braziliya və Rio de Janeiro və Sao Paulo kimi şəhərlərdə təşkil edilib.

Qeyd edək ki, etiraz aksiyalarının əksəriyyəti passiv olsa da, Recife şəhərində keçirilən etiraz aksiyası zamanı polislə nümayişçilər arasında kiçik bir toqquşma baş verib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə